Şəkidə mal-qara oğrusu tutulub
Adil Məmmədovun həyətindən 25 baş qoyun oğurlamış rayon sakini Bünyad İbrahimov tutulub.
Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də Adil Məmmədovun həyətindən 25 baş qoyun oğurlamış rayon sakini Bünyad İbrahimov tutulub.
Daxili İşlər nazirliyindən verilən xəbərə görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Şəhriyar Mehdiyevə və İmran Alməmmədova məxsus 3 baş inək və 15 baş qoyun oğurlaması da müəyyən edilib.
