Səkiyə çırpılan avtomobil yanıb
Avtomobilin mühərrik hissəsi yanıb.
Sumqayıt şəhərində vətəndaşa məxsus "Nissan" markalı minik avtomobilinin səkiyə çırpılması nəticəsində yanğınla nəticələnən yol qəzası baş verib.
Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
