Şəmkirdə yük avtomobili aşıb
Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospital edilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, 2007-ci il təvəllüdlü 2 nəfər və 2010-cu il təvəllüdlü 1 şəxs bədənin müxtəlif nahiyələrinin travmaları və açıq sınıqları diaqnozu ilə xəstəxanaya gətirilib və onlara zəruri ilkin tibbi xidmət göstərilib.
2007-ci il təvəllüdlü şəxslərin vəziyyəti orta-ağır qiymətləndirilir və müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.
Vəziyyəti stabil olan 2010-cu il təvəllüdlü şəxsin müalicəsi isə Təcili Tibbi Yardım şöbəsində davam etdirilir.
