00:00:00
Yazar
Admin User
06.09.2023 14:05 326 3 dəq oxuma
Sosial

Sosial şəbəkələrdə təhlükə artır

Sosial şəbəkələrdə təhlükə artır

Bəzi vətəndaşlara tanış şəxslərdən mesaj gələ bilər. Belə hallarda vətəndaşların bir qismi buna aldanıb öz kodlarını verə bilir, digər qismi isə təhlükədən xəbərdar olduqları üçün kodlarını vermir və bloklanmırlar.

 

Bloklanmadan qorunmaq üçün nə etmək lazımdır? Tanış hesabı yoxlamaq üçün nə edə bilərik? Əgər hesab bloklanarsa, bunun qarşısı alına, şəxs öz hesabını geri ala bilərmi?

 

Bu və digər sualları informasiya texnologiyaları (İT) mütəxəssisi Fərhad Mirəliyev cavablayıb. Onun sözlərinə görə, son günlərdə sosial şəbəkələrdə müşahidə edilən fişinq hücumları istifadəçi hesablarının ələ keçirilməsinə yönəlib. Kiberdələduzluq üsullarından biri olan fişinq hücumları nəticəsində saxta saytlar yaradılır, istifadəçilərin etibarından və ya maraq dairəsinə daxil olan mövzulardan istifadə edilərək fərdi məlumatların oğurlanmasına cəhd edilir. Təcrübəyə əsasən, hesab ələ keçirildikdən sonra bir neçə ssenari üzrə hadisələr inkişaf edə bilər:

 

1. Sosial şəbəkə hesabları ələ keçirildikdə, hesab sahibinin əlaqələrinə saxta linklər göndərilir. Beləliklə, hadisələrin inkişafı həndəsi silsilə üzrə davam edir.

 

2. Hesabda olan fərdi məlumatlar ( şəxsi yazışmalar, sənədlər, foto və video fayllar) qarşı tərəfin əlinə keçə, hətta gələcəkdə şantaj predmeti də olar bilər.

 

3. Sizin adınızdan kontaktda olan əlaqələrdən maliyyə yardımı istənilə bilər.

 

Daha sonra mütəxəssis bu təhlükədən qorunmaq üçün nələr edə biləcəyimizi də qeyd edib:

 

"Nə etməli? Saxta sayta keçid edərkən diqqətli olun, brauzerin təhlükəsizlik xəbərdarlıqlarını görməzdən gəlməyin.

 

Hesabınıza müxtəlif təyinatlı təsdiq kodları gəldikdə, kodla yanaşı olan məzmunu da oxumaq lazımdır. Məsələn, müvafiq xəbərdarlıq qeyd oluna bilər ki, bu kod ilə digər bir cihazda sizin hesabınıza giriş olunacaq və s.

 

Bu cür saxta hesablar sahibləri tərəfindən şikayət olunmalıdır. Tələb olunarsa, hesab sahibi sənədlər və özünəməxsus şəkli ilə öz sahibliyini təsdiq etməlidir.

 

Mütəxəssis Fərhad Mirəliyev bu prosesin necə getdiyi, insanları tələyə salanların həmin linkləri haradan tapdıqlarından və mənfəətlərindən bəhs edib:

 

"Sayt istənilən şəxs tərəfindən hazırlana bilər. Hər hansı biri məlumatları daxil edəndə arxa fonda skriptlər icra edilir, yəni müəyyən bir əməliyyat gedir. Əlbəttə ki, saytın bir sahibi və ya aid olduğu qruplaşma vardır. Əvvəldən sayt hazırlanır, həmin sayt fişinq saytı olur. Orada tələb olunur ki, istifadəçi ya bank hesabını, ya sosial hesaba giriş məlumatlarını daxil etsin. Üşüncü seçim kimi isə hesablara girişin bərpa proseduruna əməl etməsi istənilir. Belə bir sayt hazır olandan sonra həmin saytın hədəf seçilmiş hesaba göndərilməsi və onu inandırmaq qalır. Bir hesab ələ keçirildikdən sonra kontaktlar vasitəsilə link göndərilir digər istifadəçilərə və beləliklə, həndəsi silsilə üzrə hesablar ələ keçirilir. Beləliklə, sizi şantaj edə, yaxud adınızdan kontaktdakı əlaqələrdən maliyyə yardımı istəyə, işgüzar nüfuza xələl gətirə, həmçinin sizin hesab ələ keçirildikdən sonra adınızdan paylaşımlar, şər-böhtan, qeyri-nomrativ leksika, pornoqrafik paylaşımlar edə bilərlər".

 

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər