00:00:00
Yazar
Səadət Əlizadə
03.11.2026 20:53 26 2 dəq oxuma
Siyasət

Şoyqudan Avropaya hibrid müharibə ilə bağlı açıqlama

Şoyqudan Avropaya hibrid müharibə ilə bağlı açıqlama

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvanın Avropa ölkələrinə qarşı hibrid müharibə aparmaq niyyətində olmadığını bildirib. Onun açıqlaması Rusiya ilə Qərb arasında gərginliyin davam etdiyi bir vaxtda diqqət çəkib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Şoyqunun açıqlaması Avropaya siyasi mesajdır:

 

 

"Sergey Şoyqunun açıqlamasını ilk növbədə siyasi mesaj kimi qiymətləndirmək olar. Rusiya bununla Avropa ilə birbaşa qarşıdurmada maraqlı olmadığını göstərməyə çalışır. Lakin hibrid müharibə yalnız hərbi əməliyyatları əhatə etmir. Buraya kiberhücumlar, dezinformasiya və siyasi təzyiqlər də daxildir. Buna görə də açıqlamanın real əhəmiyyəti Rusiyanın bundan sonrakı addımlarından asılı olacaq".

 

Onun sözlərinə görə, Avropanın Rusiyadan narahatlığı əsasən Ukrayna müharibəsi, hərbi təhlükələr və hibrid müdaxilə ehtimalları ilə bağlıdır:

 

"Avropa ölkələrinin narahatlığının əsas səbəbləri Ukraynada davam edən müharibə, kiberhücumlar, informasiya müdaxilələri və təhlükəsizlik riskləridir. Xüsusilə Polşa və Baltikyanı ölkələr Rusiyanın hərbi fəaliyyətini öz təhlükəsizlikləri üçün ciddi təhdid hesab edirlər. Bununla belə, baş verən hər bir insidenti sübut olmadan Rusiya ilə əlaqələndirmək düzgün deyil".

 

Sonda bildirib ki, Rusiya–Avropa gərginliyinin gələcəyi Ukrayna müharibəsindən və diplomatik danışıqlardan asılıdır:
"Bəli, gərginliyin artması ehtimalı var. Ukrayna müharibəsinin davam etməsi, NATO-nun şərq cinahında hərbi hazırlığın gücləndirilməsi və qarşılıqlı sanksiyalar tərəflər arasında etimadsızlığı artırır. Münasibətlərin gələcəyi əsasən Ukrayna müharibəsinin gedişindən və mümkün sülh danışıqlarından asılı olacaq. Əsas təhlükə isə hərbi insidentlərin nəzarətdən çıxaraq daha geniş qarşıdurmaya səbəb olmasıdır".

 


Fatimə İbrahimova

#müharibə #bağlı #avropaya #xəbər #açıqlama
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər