00:00:00
Yazar
Admin User
03.09.2025 16:04 133 1 dəq oxuma
Hadisə

Sərhədi qanunsuz keçməyə çalışan azərbaycanlılar saxlanılıb

Sərhədi qanunsuz keçməyə çalışan azərbaycanlılar saxlanılıb

Gürcüstan Sərhəd Polisi əməkdaşları "Sadaxlı" və "Vaxtanqisi" sərhəd sektorlarında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dörd xarici ölkə vətəndaşını saxlayıb.


“İnformator.az” “Report”a istinadən xəbər verir ki, saxlanılanlardan 1979 və 1993-cü il təvəllüdlü şəxslər Ermənistan, 1989 və 2006-cı il təvəllüdlü şəxslər isə Azərbaycan vətəndaşlarıdır.


Onlar Gürcüstan ərazisinə sərhəd nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz daxil olmağa cəhd ediblər.


Faktla bağlı Cinayət Məcəlləsinin 344-cü maddəsi üzrə cinayət işi başlanıb. Qanunvericiliyə əsasən, dövlət sərhədini qanunsuz keçməyə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər