Sərnişin avtobusu çaya aşıb
Nepalda sərnişin avtobusu 50 metr hündürlükdən Tamakoşi çayına aşıb.
"İnformator.az" xəbər verir ki, hadisə nəticəsində 12 nəfər həyatını itirib.
Məlumata görə, xilasedicilər artıq çaydan 6 meyit çıxarıblar. Zərərçəkənlərdən altısı isə xəstəxanada ölüb.
Qəzanın səbəbləri araşdırılır.
