00:00:00
Yazar
Admin User
13.04.2015 04:21 625 1 dəq oxuma
Hadisə

Sərnişin avtobusu qəza törədib

Sabunçu rayonunda “İVECO” markalı sərnişin avtobusu ilə “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Sərnişin avtobusu qəza törədib

Bakı şəhəri, Sabunçu rayonunda “İVECO” markalı sərnişin avtobusu ilə “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 23:25-də başa çatıb.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər