Sərnişinlər qəfil xəstəxanaya yerləşdirilib
ABŞ-nin Meksikadan gələn JetBlue aviaşirkətinə məxsus reysin sərnişinləri qəfil hündürlük itkisi səbəbindən xəstəxanaya yerləşdiriliblər.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamaya görə, Meksikanın Kankun şəhərindən ABŞ-nin Nyu-Cersi ştatına uçan JetBlue reysində qəfil hündürlük itkisi baş verib. 162 sərnişin daşıyan Airbus A320 təyyarəsi ABŞ-nin Florida ştatındakı Tampa Beynəlxalq Hava Limanına təcili eniş edib. Aviaşirkət açıqlama yayıb, lakin xəsarət alanların sayı barədə heç bir məlumat verməyib. Təcili yardım işçiləri hava limanında sərnişinləri və ekipajı müayinə edir və bəzi sərnişinlər xəstəxanaya aparılıb.
TRT Xəbər
Xədicə Məhərrəmli
