00:00:00
Yazar
Admin User
01.05.2025 09:15 275 1 dəq oxuma
Hadisə

Sərxoş mikroavtobus sürücüsü həbs olunub

Sərxoş mikroavtobus sürücüsü həbs olunub

 

Sərxoş və hüquqsuz halda mikroavtobus idarə edən şəxsin qanunazidd əməllərinin qarşısı alınıb.

 

 

“İnformator.az” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

 

Bildirilib ki, Bakı-Quba yolunun Abşeron rayonu ərazisində yerləşən stasionar postunda “Mercedes Sprinter” markalı avtomobilə “Saxla” işarəsi verilsə də, sürücü Beyləqan rayon sakini Kənan Mirzəli tabesizlik göstərərək hərəkətini davam etdirib.

 

Məsuliyyətdən yayınmaq məqsədilə qarşıdakı postlarda da təhlükəli manevrlər edərək polisin qanuni tələblərinə məhəl qoymayan K.Mirzəli görülən tədbirlər nəticəsində saxlanılıb.


Araşdırma zamanı onun avtomobili hüquqsuz və narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Məhkəmənin qərarı ilə Kənan Mirzəli 15 gün müddətə inzibati qaydada həbs edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər