Starlink məhdudiyyətləri Ukraynanın hərbi əməliyyatlarını pozub
Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri xəbərdarlıq edib ki, Ukraynanın bəzi silahlarının hərəkət sürətinə və Starlink internet şəbəkəsinə qoşulu qalma imkanına tətbiq edilən yeni məhdudiyyətlər cəbhədəki əməliyyatları pozub.
Serhiy Beskrestnov bildirib ki, İlon Maskın SpaceX şirkətinin gecə saatlarında sürət həddini saatda 100 milə (160 km/saat) qədər məhdudlaşdırması barədə Ukraynaya əvvəlcədən məlumat verilməyib.
Starlink Kiyevin dronları Rusiya hədəflərinə effektiv şəkildə yönəltməsinə və Ukrayna səmasının qorunmasına imkan verən mühüm vasitədir.
Beskrestnov SpaceX-in bu addımının “təsadüf ola bilməyəcəyini və hazırkı siyasi vəziyyətlə əlaqəli olduğunu” deyib. Şirkət məsələ ilə bağlı şərh verməyib.
Beskrestnov çərşənbə günü “Telegram” kanalında paylaşım edərək SpaceX-in “gecə saatlarında Starlink terminallarına sürət məhdudiyyəti tətbiq etdiyini” və bunun artıq “bir sıra əməliyyatların pozulmasına” səbəb olduğunu bildirib.
Müşavir növbəti paylaşımında vurğulayıb ki, Starlink Rusiyanın yeni hazırladığı reaktiv mühərrikli dronlarını ələ keçirən dronların fəaliyyətini təmin etmək üçün ən effektiv vasitədir.
BBC
Səadət Əlizadə