00:00:00
Yazar
Hüseynova Mələk
04.07.2026 19:25 17 1 dəq oxuma
Hadisə

Su anbarında batan ata və iki övladının meyitləri tapılıb

Su anbarında batan ata və iki övladının meyitləri tapılıb

Ağdamda bədbəxt hadisə baş verib.

 

“İnformator.az” APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

 

İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında batan şəxslərin kimliyi məlum olub.

Məlumata görə, hadisə nəticəsində 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları- 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərli suda batıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Axtarışlar nəticəsində dalğıclar vasitəsilə 1985-ci il təvəllüdlü Şərif Şəmsəddin oğlu İsgəndərovun, 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərovun və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərovanın meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#Anbar #batan #su
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər