00:00:00
Yazar
Admin User
26.02.2025 10:16 351 1 dəq oxuma
Hadisə

Sudanda hərbi təyyarə qəzaya uğrayıb

Sudanda hərbi təyyarə qəzaya uğrayıb

Sudan ordusuna məxsus nəqliyyat təyyarəsi paytaxt Xartumdan təxminən 47 kilometr aralıda, Omdurman şəhəri yaxınlığında qəzaya uğrayıb.

 

Təyyarənin yaşayış məntəqəsinə çırpıldığı və 19 nəfərin həyatını itirdiyi açıqlanıb. Həyatını itirənlər arasında həm mülki vətəndaşların, həm də hərbçilərin olduğu bildirilib.
Ordu təyyarənin uçuş zamanı qəzaya uğradığını açıqlasa da, qəzanın səbəbinin texniki nasazlıq olduğu bildirilib.
Ərazidə yaşayan sakinlər qəza zamanı güclü partlayış səsi eşitdiklərini və bir neçə evə ziyan dəydiyini bildiriblər.

 

Mənbə: CNN Türk
Nərmin Həşimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər