00:00:00
Yazar
Admin User
28.08.2025 13:46 113 1 dəq oxuma
Hadisə

Sultanbəylidə iki mikroavtobus toqquşub

Sultanbəylidə iki mikroavtobus toqquşub

İstanbulun Sultanbəyli rayonunda iki mikroavtobusun toqquşması nəticəsində turistlər xəsarət alıb.

 

TEM magistralının Sultanbəyli ərazisindən keçən hissəsində, Ankara istiqamətində hərəkət edən turistləri daşıyan mikroavtobus eyni istiqamətdə hərəkət edən digər mikroavtobusla toqquşub.

 

Hadisə yerinə tibb, polis və yanğınsöndürənlər göndərilib.

 

Yanğınsöndürənlərin və ətrafdakıların köməkliyi ilə mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 1 nəfər çıxarılıb.

 

Qəza nəticəsində mikroavtobuslarda olan 9 nəfər xəsarət alıb.

 

Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralılara təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

 

Qəzaya görə iki zolaqlı bağlanan magistral mikroavtobuslar çıxarıldıqdan sonra yenidən hərəkətə açılıb.

 

TRT XƏBƏR

Nərgiz Əzizli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər