00:00:00
Yazar
Admin User
24.09.2025 14:27 138 1 dəq oxuma
Hadisə

Sumqayıtda 51 yaşlı kişi bıçaqlanıb, şübhəli şəxs kimi 15 yaşlı yeniyetmə saxlanılıb

Sumqayıtda 51 yaşlı kişi bıçaqlanıb, şübhəli şəxs kimi 15 yaşlı yeniyetmə saxlanılıb

Sumqayıt şəhərində münaqişə zəminində bıçaqlanma hadisəsi qeydə alınıb.

 

"İnformator.az" "Report"un yerli bürosunun məlumatına görə xəbər verir ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Atakişiyev Rafət İlqar oğlu 1974-cü il təvəllüdlü Yunusov Vüqar Şövkət oğluna bıçaqla xəsarət yetirib.

 

Hadisə şəhərin 5-ci mikrorayon ərazisində baş verib.

 

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1974-cü il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Bud-çanaq oynağının açıq yarası diaqnozu təyin edilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb. Araşdırmalar davam etdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər