Sumqayıtda avtomobil, Sabirabadda ev yanıb
Sumqayıtda avtomobilin mühərrik hissəsi, Sabirabadda isə ev yanıb
Sumqayıt şəhərində vətəndaşa məxsus "Fiat" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumta görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sabirabad rayonu, Həsənli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan 3 otaq və aynabənddən ibarət evin tavanı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
