Sumqayıtda iş qəzası baş verib
Sumqayıt şəhərində, plastik qab istehsal eden sexin dəzgahının arasında bir nəfərin sıxılıb qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, plastik qab istehsal eden sexin dəzgahının arasında bir nəfərin sıxılıb qalması barədə məlumat daxil olub.
İnformator FHN-ə istinadən xəbər verir ki, fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə baxış keçirərkən məlum olub ki, 1992-ci il təvəllüdlü Şirinov Nurlan Mehman oğlu dəzgahın arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib. Xilasedicilər cəsədi çıxarıb aidiyatı üzrə təhvil verib.
Əməliyyat saat 13:30- da başa çatıb.
