Sumqayıtda karton istehsalı müəssisəsində yanğın söndürülüb
Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
"İnformator.az"xəbər verir ki, Sumqayıtda karton istehsalı müəssisəsində yanğın başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Sumqayıtda karton istehsalı müəssisəsində başlayan yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
