00:00:00
Yazar
Aysel Mirzəyeva
22.03.2026 02:58 118 1 dəq oxuma
Hadisə

Sumqayıtda tonqal partlayışı: 7 nəfər evə buraxılıb

Sumqayıtda tonqal partlayışı: 7 nəfər evə buraxılıb

Martın 21-i saat 21:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalında güclü partlayış səbəbi ilə çağırış qeydə alınıb.

 

Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Sumqayıt Tibb Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

 

Eyni zamanda, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

 

Onların hər birinə tüstüdən zəhərlənmə səbəbi ilə zəruri tibbi xidmətlər göstərilib.

 

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.

 

#gündəm #azərbaycan #partlayış
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər