00:00:00
Yazar
Zəri Bayramlı
21.03.2026 23:52 202 1 dəq oxuma
Hadisə

Sumqayıtda tonqal yandırılan zaman partlayış baş verib

Sumqayıtda tonqal yandırılan zaman partlayış baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.



“İnformator.az” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.

 

FHN qüvvələri ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar araşdırma aparır.

#partlayış #tonqal #trend #hadisə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər