Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"İnformator.az"ın məlumatına görə, hadisə Baku-Quba yolunun Yaşma bağları adlı yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, yük avtomobili yolu keçən piyadanı (kişi) vurub. Nəticədə piyada (şəxsiyyəti dəqiqləşdirilir) aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.
