00:00:00
Yazar
Admin User
01.12.2015 10:34 766 1 dəq oxuma
Hadisə

Sumqayıtlı gənc alim yeniliyə imza atıb

Belə ki, o, işlənmiş yağı ilk dəfə olaraq torpaqla biodizelə çevirməyə müvəffəq olub
Sumqayıtlı gənc alim yeniliyə imza atıb

Türkiyənin Qazi Universitetinin magistrantı Bəxtiyar Nəcəfov kimya sahəsində yeniliyə imza atıb. Belə ki, o, işlənmiş yağı ilk dəfə olaraq torpaqla biodizelə çevirməyə müvəffəq olub.

İnformator az. İnteraz.a istinadən bildirir ki, Türkiyənin Qazi Universitetinin magistrantı Bəxtiyar Nəcəfov Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur. Gənc alim biodizel istehsalına yenilik gətirərək katalizator kimi ağ torpaqdan istifadə edib və ən əsası işlənmiş yağın 99,35 faizini biodizele çevirməyi bacarıb.

Məlumdur ki, işlənmiş yağlar ekologiya üçün kifayət qədər zərərlidir. B.Nəcəfovun elmi işi artıq bir çox alimin diqqətini cəlb edib. Hazırda o, tullantı plastik maddələrin və yararsız maşın təkərlərinin enerjiyə çevrilməsi üzrə elmi araşdırmalar aparır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər