00:00:00
Yazar
Aise Mustafayeva
25.09.2026 22:39 29 1 dəq oxuma
Dünya

 

Süni intellekt bir milyard insanı öldürə bilər - Bill Qeyts

 

 Süni intellekt bir milyard insanı öldürə bilər - Bill Qeyts

“Maykrosoft”un qurucusu Bill Qeyts süni intellekt texnologiyalarından bədniyyətli insanların istifadə etməsinin son dərəcə ağır nəticələrə səbəb ola biləcəyini bildirib.

 

 

İnformator.az xəbər verir ki, Qeyts NBC telekanalına müsahibəsində süni intellektin potensial risklərindən danışıb.

 

 

“Süni intellekt, şübhəsiz ki, bir milyard insanın ölümünə səbəb ola biləcək hadisələri törətmək üçün kifayət qədər gücə malikdir”, – o bildirib.

 

 

Qeyts bunu süni intellekt texnologiyalarının “pis niyyətli” insanların əlinə keçməsi ehtimalı ilə əlaqələndirib.

 

 

Qeyd edək ki, o, sentyabrın 15-də “Tayms” qəzetinin podkastında süni intellektə nəzarət edəcək beynəlxalq təşkilatın yaradılmasının tərəfdarı olduğunu da bildirib. 

#yeni #bill #azərbaycan #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər