00:00:00
Yazar
Admin User
02.01.2024 14:00 421 1 dəq oxuma
İdman

Super Liqa komandası Josef de Souzanın transferini açıqladı

Super Liqa komandası Josef de Souzanın transferini açıqladı

Super Liqa təmsilçisi  ‘’Başakşəhər’’ ’’Beşiktaş" və "Fənərbaxça"da da çıxış edən Jozef de Souzanı heyətinə qatıb.

 

''Klubumuz son olaraq Çin Liqası komandalarından biri olan "Beijing Guoan"da çıxış edən Josef de Souza ilə 1,5 illik müqavilə imzaladı. Braziliyalı futbolçunun imza mərasimində prezidentimiz Göksel Gümüşdağ da iştirak etdi. ailəmizə xoş gəldin Josef de Souza, narıncı-tünd mavi Formamızla sizə uğurlar arzulayırıq.",- deyə klubdan verilən açıqlamada qeyd edilib.  

Superliqa karyerasına “Fənərbağça”da başlayan braziliyalı futbolçu 3 mövsüm bu komandada çıxış edib.

 


"Fənərbaxça"dan ayrıldıqdan sonra "Əl Əhli"də çıxış edən Josef 2020-2021 mövsümündə "Beşiktaş"a imza atıb və təxminən 2,5 mövsüm ağ-qara formada çıxış edib.


Yozef Türkiyədə karyerası ərzində Superliqa, Superkubok və Türkiyə Kubokunu qazanıb.

 

Ayaz Zeynalzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər