00:00:00
Yazar
Admin User
05.06.2015 10:38 421 1 dəq oxuma
Sosial

Şura məlumatlandırma sessiyaları təşkil edib

Sessiyada çıxış edən Şuranın əməkdaşları Mirzə Zahidov və Fərid Qəhrəmanov layihələrin icrası ilə bağlı prosedur qaydaları, hesabatların qəbul olunması formaları haqqında iştirakçılara ətraflı məlumat verib.
Şura məlumatlandırma sessiyaları təşkil edib

4 iyun 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının cari ilin birinci maliyyə yardımı müsabiqəsində qalib gəlmiş layihələrin rəhbərləri üçün Milli QHT Forumunun Şirvan QHT-lərin Resurs və Təlim Mərkəzində məlumatlandırma sessiyası keçirilib. 

Şuradan İnformator-a verilən məlumata görə, tədbirdə Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının QHT nümayəndələri iştirak edib.

5 iyun 2015-ci ildə Şuranın təşkilatçılığı ilə həmçinin Qəbələ Resurs və Təlim Mərkəzində Oğuz, Mingəçevir, Şəki, Qəbələ və Zaqatala QHT-ləri üçün də məlumatlandırma sessiyası təşkil olunub.

Sessiyada çıxış edən Şuranın əməkdaşları Mirzə Zahidov və Fərid Qəhrəmanov layihələrin icrası ilə bağlı prosedur qaydaları,  hesabatların qəbul olunması formaları haqqında iştirakçılara ətraflı məlumat verib.

Müzakirələrdə region QHT-ləri, onların həyata keçirdiyi layihələrin icra vəziyyəti, hesabatlılıq, ictimaiyyətlə əlaqələrin qurulması, müsbət təcrübələr və onların  yayılması mexanizmləri barədə barədə fikir mübadiləsi aparılıb.





#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər