Suraxanıda bir nəfər intihara cəhd edib
Suraxanı rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.
İnformator Fövqəladə Hallar nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb və təhlükəsiz əraziyə endirilib.
Əməliyyat saat 00:44-də başa çatıb.
