00:00:00
Yazar
Admin User
25.02.2016 06:47 536 1 dəq oxuma
Dünya

Suriyada atəşkəs razılaşmasına Türkiyədən reaksiya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Rusiyanın razılaşdırdığı Suriya atəşkəsinə münasibət bildirib.
Suriyada atəşkəs razılaşmasına Türkiyədən reaksiya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Rusiyanın razılaşdırdığı Suriya atəşkəsinə münasibət bildirib. 

İnformator.az “
Euronews istinadla xəbər verir ki, Ankaradakı muxtarlar iclasında çıxış edən Ərdoğan beynəlxalq ictimaiyyətin Suriyada insan şərəfinə uyğun hərəkət etmədiyini deyib: “Biz də suriyalı qardaşlarımıza nəfəs aldıracaq atəşkəsi dəstəkləyirik. Amma bu atəşkəslə ölkəsində yarım milyona yaxın vətəndaşın qətl edilməsindən məsul olan Əsəd hakimiyyəti ilə onu dəstəkləyən qüvvələrə açıq və güclü bir dəstək verildiyi halda, müxaliflərlə bağlı hələ də ikili danışıqlar narahat edicidir”.

Şənbə günü başlaması gözlənilən atəşkəs haqqında danışan Rusiya xarici işlər naziri Sergey Lavrov isə razılaşmanı tənqid edənlərə reaksiya verib. Lavrov atəşkəsi dəstəkləməyənlərin Suriyada sülh yerinə müharibə tərəfdarı olduqlarını vurğulayıb.

Lavrov : “Rusiya və ABŞ ortaq atəşkəs razılaşmasında ABŞ-ın mütəffiqi olan ölkələrdən və Vaşinqtondan bu razılaşmanın reallığı ilə bağlı sual verən səslər gəldi. Bu səslər bizim üçün sülhdən çox müharibəyə dəvət edən çağırışlardır”,-deyib.

ABŞ prezidenti Barak Obama isə atəşkəsə təmkinlə yanaşdığını ifadə edib. Obama atəşkəslə birlikdə Suriyada irəliləyişin əldə edilməsinin 5 illik müharibəni sona çatdıracaq siyasi keçidə qapı açacağını düşündüyünü də deyib. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər