00:00:00
Yazar
Admin User
13.04.2016 07:50 798 1 dəq oxuma
Dünya

Suriyada parlament seçkiləri keçirilir

Suriya prezidenti Bəşər Əsəd birpalatalı qanunvericilik orqanına seçki keçirilməsi üçün fərman imzalayıb.
Suriyada parlament seçkiləri keçirilir

Suriya prezidenti Bəşər Əsəd birpalatalı qanunvericilik orqanına seçki keçirilməsi üçün fərman imzalayıb. 

İnformator.az “Ria Novosti”yə istinadən xəbər verir ki, seçki haqqında elan Rusiya və ABŞ sülh danışıqlarından sonra verilib. Seçkilər üzrə Ali məhkəmə komitəsinin sədri Hişam Şaar qeyd edib ki, parlamentdə 250 yer üçün 3 500 namizəd mübarizə aparır. 

Ölkə miqyasında 7 min səsvermə məntəqəsində suriyalılar səs verə biləcək. Səsvermə məntəqələri yerli vaxtla saat 7-də açılıb. 

Komitə sədri xarici müşahidəşilərin seçki prosesini izləməsinə mane olunmayacağını deyib. Suriyanın xarici işlər naziri Valid Muallim isə ötən ay qeyd etmişdi ki, parlament seçkiləri Cenevrədə keçiriləcək Suriya daxili əlaqələrin müzakirəsinə təsir etməyəcək. 

Suriya seçki komissiyasının məlumatına görə, 2012-ci ilin may ayında keçiriləcək seçkilərdə seçicilərin fəallığı 51% olub, 5 milyon şəxs səsvermədə iştirak edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər