00:00:00
Yazar
Admin User
16.03.2017 07:19 1162 1 dəq oxuma
Dünya

Suriyalı müxaliflər Astana danışıqlarına qatılmayıb

Silahlı Suriya müxalifləri Astanada keçirilən Suriya sülh danışıqlarında iştirak etmir və bu gün gəlmək niyyətində deyillər.
Suriyalı müxaliflər Astana danışıqlarına qatılmayıb

Silahlı Suriya müxalifləri Astanada keçirilən Suriya sülh danışıqlarında iştirak etmir və bu gün gəlmək niyyətində deyillər.

İnformator.az xəbər verir ki, bunu “Sputnik”ə açıqlamasında Qazaxıstan Xarici işlər nazirliyinin nümayəndəsi deyib. Ötən gün Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Lavrentyev müxaliflərin bu gün Astanaya gələcəyini demişdi. Danışıqlar ötən gün başa çatıb.

“Dünən axşam məlumat gəldi ki, müxaliflər gələ bilməyəcək. Bununla əlaqədar olaraq qarant ölkələrin nümayəndələri Astananı tərk edib”, - Qazaxıtan XİN-dən bildirilib.

Onun sözlərinə görə, Astana danışıqlarının növbəti mərhələsi mayın 3-4-də keçiriləcək.

Suriya hökumət nümayəndələrinin rəhbəri Bəşər Cəfəri ötən gün danışıqların genişləndirilməyəcəyini demişdi. O, həmçinin Türkiyəni müxaliflərin gəlişindən məsul olmaqda günahlandırıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər