Türkiyə İsrailin Baş nazirini 1915-ci il hadisələri ilə bağlı bəyanatını pisləyib
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, Netanyahunun sözləri “keçmişin faciəvi hadisələrindən siyasi manipulyasiya məqsədilə istifadə cəhdi”dir.
Sənəddə vurğulanır ki, İsrailin baş naziri özü “fələstin xalqına qarşı soyqırımda iştirakına görə məhkəmə qarşısındadır” və onun hökuməti ilə birlikdə törətdiyi cinayətləri gizlətməyə çalışır.
“Biz tarixi və hüquqi reallıqla heç bir əlaqəsi olmayan bu bəyanatı qınayır və rədd edirik”, — deyə açıqlamada bildirilir.
Anadolu Agency
Ayan Əsgərova