Türkiyə ordusu daha üç şəhid verib
Yeddi PKK terrorçusunun zərərsizləşdirildiyi bildirilir.
Türkiyənin Mardin vilayətinin Dargeçit rayonunda Kürd Fəhlə Partiyası (PKK) terrorçuları ilə atışmada Türkiyə ordusunun daha üç əsgəri şəhid olub.
İnformator.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeddi PKK terrorçusunun zərərsizləşdirildiyi bildirilir.
İstanbulda isə Fateh məhəlləsində yol kənarında saxlanılan beş minik maşını yandırılıb. Rəsmi məlumata görə, naməlum terrorçular maşınlara “Molotov” kokteyli ilə od vurublar.
