Türkiyə təyyarəsi qəzaya uğrayıb:pilot həlak olub
Xorvatiyadan texniki baxımdan qayıdan yanğınsöndürmə təyyarəsi ilə rabitə əlaqəsi kəsilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.
Təyyarənin Meşəçilik üzrə İdarəyə məxsus olduğu deyilir.
Bildirilib ki, təyyarə və pilotun axtarışları istiqamətində Xorvatiya səlahiyyətliləri ilə koordinasiyalı iş aparılır.
Radarlardan itən təyyarənin qalıqları tapılıb, pilot həlak olub.
Təyyarənin Senj şəhəri yaxınlığında qəzaya uğradığı bildirilib.
