00:00:00
Yazar
Admin User
28.01.2026 16:58 66 2 dəq oxuma
Siyasət

Türkiyə və Nigeriya Prezidentləri Afrikanın təhlükəsizlik məsələlərini müzakirə ediblər

Türkiyə və Nigeriya Prezidentləri Afrikanın təhlükəsizlik məsələlərini müzakirə ediblər

Türkiyə və Nigeriya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub. Nigeriya Prezidenti Bola Əhməd Tinibu Ankaraya rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında regionda sabitliyin pozulması və terror təhlükəsinin artması fonunda terrorla mübarizə məsələlərinin ön planda olduğunu bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Afrika ölkələrində geosiyasi boşluq mövcuddur:

 

"Bu regiondan, bütövlükdə qitədən Fransanın, demək olar ki, tam çıxıb getməsindən sonra həmin boşluq daha da dərinləşib. Afrika ölkələri üzərində ABŞ-nin təsiri yetərincə deyil. Fransanın getməsindən sonra Rusiya da bəzi Afrika ölkələrində mövqelərini möhkəmləndirməyə çalışsa da, müəyyən səbəblərdən bu mümkün olmadı. Yaranmış boşluğu doldurmaq üçün Çin ciddi şəkildə fəallaşıb. Təbii ki, Türkiyənin belə bir şəraitdə Afrikada fəallaşmaq cəhdləri də məhz bu boşluğu doldurmaq məqsədi daşıyır. Artıq Türkiyənin Somali, Nigeriya da daxil olmaqla bir neçə Afrika ölkəsi ilə yaxın münasibətləri mövcuddur. Əgər Türkiyə Nigeriya kimi əhalisi təxminən 200 milyona yaxın olan və çoxsaylı terror qruplaşmalarının fəaliyyət göstərdiyi bir ölkədə təhlükəsizliyin və sabitliyin təmin olunması missiyasında iştirak etməyi hədəfləyirsə, bu olduqca çətin proses olacaq. Lakin Türkiyənin terrorizmə qarşı mübarizə sahəsində ciddi təcrübəsi var və bu təcrübə müəyyən nəticələr verə bilər. Bununla belə, Nigeriyada terror qruplaşmalarına qarşı təhlükəsizlik naminə mübarizə aparmaq asan olmayacaq".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər