00:00:00
Yazar
Admin User
25.08.2025 12:40 118 1 dəq oxuma
Hadisə

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyənin Burdur bölgəsində təlim təyyarəsi yanğınsöndürmə təlimi zamanı qəzaya uğrayıb.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus təlim təyyarəsi Karacaören bənd gölündən su yığarkən gölə düşüb. Antalyadan havaya qalxan təyyarənin təlim zamanı qəzaya uğradığı, lakin ekipajın sağ qaldığı bildirilib.

 

Burdur Valiliyindən bildirildiyinə görə, təyyarə su toplamaq istəyərkən havaya qalxa bilməyib. İlkin məlumata görə, göyərtədə iki nəfər olub və onlar təhlükəsiz şəkildə sahilə çıxarılıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər