Türkiyənin daha bir təyyarəsi qəzaya uğurayıb
Dünən - axşam Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi qəzaya uğurayıb.
İnformator.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında paylaşım edib.
"Meşə Təsərrüfatı Baş İdarəmizə məxsus yanğınsöndürmə təyyarəsinin ,təəssüf ki, Xorvatiyada qəzaya uğraması xəbərini aldıq.
Pilotlarımızdan birinin şəhid olduğu bu faciəli qəza məni çox kədərləndirdi. Şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə, ölkəmizə, millətimizə başsağlığı verirəm",-deyə o qeyd edib.
Mayıl Soltan
