00:00:00
Yazar
Admin User
16.08.2023 17:32 541 1 dəq oxuma
Hadisə

TAXTA SEXİNDƏ KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

TAXTA SEXİNDƏ KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

  Sumqayıtda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhərin Yəhya Məmmədov küçəsində yerləşən taxta sexində qeydə alınıb. Zəhərlənməyə səbəb kimi sexdə birəyə qarşı istifadə olunan dərmandan istifadə göstərilir. Zəhərlənən 12 nəfər Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkim Lalə İbadovanın sözlərinə görə, xəstələrdən 6-sı qadın, 6-sı kişidir. 7 nəfər müşahidə otağına, 5 nəfər isə şöbəyə qəbul olunub. “Stansionar şöbədə müalicə alan 7 nəfərdən 2-si ambulator mülaicəyə yazılıb. 3 nəfər isə həkim nəzarətindədir, həyati təhlükələri yoxdur”.

NƏRGİZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər