TƏBİB Sumqayıtda xəstəxananın həyətində aşkarlanan döl barədə açıqlama yayıb
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 14.09.2025-ci il tarixində saat 14:20 radələrində mühafizə polisi tərəfindən ölü döl aşkar edilib.
"İnformator" "Report"a istinadən bildirir ki, bu barədə TƏBİB-dən bildirilib.
Hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.
Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
