00:00:00
Yazar
Admin User
16.04.2025 12:20 268 1 dəq oxuma
Hadisə

Təcili yardım maşını da suda batdı

Təcili yardım maşını da suda batdı

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şamaxı, Qobustan, Siyəzən rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.


 

“İnformator.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 17-si uşaq olmaqla ümumilikdə 41 nəfər vətəndaş təxliyə olunub.

Həmçinin nazirliyin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdən, o cümlədən paytaxtın Nərimanov rayonunda Bağırov körpüsü adlanan ərazidəki tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər