Ternopildə hücum: 25 ölü
Ukraynanın Ternopil şəhəri gecə saatlarında Rusiyanın raket hücumuna məruz qalıb. Zərbə nəticəsində 25 nəfər həyatını itirib, 73 nəfər yaralanıb. Ukrayna hökuməti hadisəni “barbar hücumu” adlandıraraq məsələni sabah BMT Təhlükəsizlik Şurasında qaldıracağını açıqlayıb.
Hadisə fonunda Avropada təhlükəsizlik narahatlıqları artır. Polşada son günlər baş verən dəmir yolu sabotajları səbəbilə hökumət 10 min əsgərin kritik infrastrukturun mühafizəsinə cəlb olunması üçün hazırlıq gördüyünü bildirib. Polşanın Baş Qərargah rəisi uzun qış gecələrinin və bayram mövsümünün “düşmən üçün ən əlverişli vaxt” ola biləcəyini vurğulayıb.
ABŞ isə diplomatik təşəbbüsü canlandırmaq üçün Pentagon nümayəndə heyətini Kiyevə göndərib. Rəsmi Vaşinqton müharibənin dayandırılması və danışıqların bərpası üçün yeni cəhdlər göstərildiyini bildirir.
The Guardian
Eslanda Kulieva
