“The Godfather” filmində rol alan aktyor Robert Duvall vəfat edib
ABŞ xəbər agentliklərinin məlumatına görə, “The Godfather” və “Apocalypse Now” filmlərində rol alan aktyor Robert Duvall 95 yaşında vəfat edib.
Oscar mükafatçısı aktyor bazar günü Virciniya ştatının Middleburg şəhərindəki evində “sakit şəkildə” dünyasını dəyişib. Bu barədə onun həyat yoldaşı Luciana adından PR agentliyinin yaydığı bəyanatda bildirilib.
BBC
Gövhər Mehyəddinova
