Təkər və akkumulyator oğruları tutulub
Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də Rusif Tağıyevə məxsus “Mercedes” markalı avtomobilin təkərlərini oğurlamış Bakı şəhər sakini Nemət Məmmədov tutulub.
İnformator Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 12-də Tələt Quliyevə məxsus təkər təmiri sexindən 6 ədəd disklə birlikdə avtomobil təkəri və mobil telefon oğurlaması da müəyyən edilib.
Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də Həmid Mirzəyevə məxsus “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamış Yevlax şəhər sakini Vüsal Orucov tutulub.
