00:00:00
Yazar
Admin User
07.09.2025 06:36 131 1 dəq oxuma
Hadisə

Tovuzda avtomobil ağaca çırpılıb

Tovuzda avtomobil ağaca çırpılıb

Tovuz rayonunun Qovlar şəhəri ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan Note” markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

 

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü İbrahimova Əfsanə Məhəmməd qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər