00:00:00
Yazar
Admin User
14.07.2023 07:04 592 1 dəq oxuma
Hadisə

Tovuzda bıçaqlanma hadisəsi baş verib

Tovuzda bıçaqlanma hadisəsi baş verib

Tovuzda ər həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib.

 

İnformator.az xəbər verir ki, hadisə şəhərin Fariz Ələkbərov küçəsində yerləşən evlərin birində qeydə alınıb. 52 yaşlı Təranə Bayramovaya ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat edilib.

 

Həkim Almaz Əsədova bildirib ki, Bayramova Təranə adlı 1971-ci il təvəllüdlü şəxs bıçaqlanma diaqnozu ilə xəstəxanaya daxil olub: “Xəstə qarın boşluğundan üç bıçaq zərbəsi ilə kəsilmiş-deşilmiş yara ilə müraciət edib. İlk tibbi yardım göstərildikdən sonra xəstə cərrahiyə şöbəsində əməliyyat edilib. Hazırda reanimasiya şöbəsində vəziyyəti orta ağırdır. Həyatı təhlükəsi görünmür”.

 

Faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər