Tovuzda dönərdən zəhərlənmə hadisəsi baş verib
Tovuz rayonunda dönərdən zəhərlənmə faktı qeydə alınıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.
İlkin məlumata görə, bir neçə nəfər dönərdən zəhərlənib. Həmin şəxslər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
