Tovuzda yanğın olub
Əlibəyli kəndində çardaq və ot tayası yanıb.
Tovuz rayonu, Əlibəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları 40 kv.m sahədə və çardağına yığılmış 6 ton ot bağlamasının 2 tonu yanıb.
İnformator FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, tikilinin, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
