Tovuzun Əlibəyli kəndi növbəti dəfə atəşə tutulub. 1 ev yanıb,1 nəfər yaralanıb
Tovuzun Əlibəyli kəndi növbəti dəfə atəşə tutulub. 1 ev yanıb,1 nəfər yaralanıb. Sakinlər bu dəfəki atəşin daha intensiv olduğunu bildiriblər. Kənd sakini iki uşaq anası 33 yaşlı Xatirə Əliyeva evinin içərisində düşmən gülləsinə tuş gəlib. Düşmən silahlıları gecə saatlarında minaatanlar və pulemyotlar da daxil olmaqla zirehli texnikadan atəşə başlayıblar. Yanan güllələrdən biri mövqelərə yaxın evlərə dəyib. Kənd sakini İsmayıl Nəbiyevə məxsus evin damında başlayan yanğın tezliklə bütöv evi bürüyüb. Gecə saat 12 radələrində ordumuzun layiqli cavabı ilə düşmən susdurulub. Fövqəladə Hallar Nazirliyinin Tovuz Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını söndürərək evin 120 kv.m olan talvar hissəsini yanğından mühafizə edib. TTV (Region TV)
