00:00:00
Yazar
Admin User
11.02.2015 09:59 342 2 dəq oxuma
Sosial

TQDK sədri narazılıq edir

Bölgələrdə oğlan və qız şagirdlərin nisbətində kəskin fərqlər var.
TQDK sədri narazılıq edir




Bölgələrdə oğlan və qız şagirdlərin nisbətində kəskin fərqlər var.

Bundan əlavə, müşahidələr atestat qiymətlərində şişirtmələr olduğunu göstərir” - Tələbə qəbulu üzrə Dövlət Komisiyasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında bu problemləri yenidən gündəmə gətirib. Attestatda qiymətləri “5” olan abituriyentlərlə “3” qiymət alanların imtahan ballarının müqayisəsi bir sıra faktları ortaya çıxarıb. Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 97.17%-nin qəbul imtahanlarındakı nəticələri 0-200 bal intervalında olub. Orta məktəbi “5” qiymətlə bitirən məzunların yalnız 42.46 faizi attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Məleykə Abbaszadə attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının əleyhinə olduğunu da bildirib.

 TQDK sədrinin digər narazılığı isə buraxılış imtahanlarında iştirak edən məzunlarının gender tərkibindən olub. “Cənub rayonlarında (Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayonları) 9-cu sinif şagirdlərinin 47.73 faizini qızlar təşkil edibsə, 11-ci sinif şagirdləri arasında bu göstərici 39.04 faizə bərabər olub. 11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb. Düşünürük ki, cənub rayonlarında qızların sayının azalmasının əsas səbəbi bu region üçün xarakterik olan erkən nikah məsələsi ilə bağlıdır”.

Məleykə Abbaszadənin sözlərinə görə, həm buraxılış imtahanı fənləri üzrə, həm də qəbul imtahanlarında qızların bilik və bacarıqları nisbətən yüksəkdir. 500-600 bal toplayan abituriyentlərin əksəriyyəti isə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər