Traktorla dənizə girən şəxs xilas edilib
Sabunçu rayonunda 1 nəfər traktorla dənizə girib, suyun dərinliyi cox olduğundan geriyə quru əraziyə çıxa bilməyib.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər (sularda xilasetmə məntəqəsindən, təxminən, 800 m solda, nəzarətsiz ərazidə) traktorla dənizə girib, suyun dərinliyi cox olduğundan geriyə quru əraziyə çıxa bilməyib.
İnformator FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Əməliyyat saat 05:15-də başa çatıb.
