Tramp demokratların qələbəsini etiraf edib
ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətindən danışaraq demokratların yaxşı mübarizə apardığını etiraf edib. Demokratlar mühüm qələbə qazanaraq həm Senata, həm də Nümayəndələr Palatasına nəzarəti ələ keçiriblər.
Tramp bildirib ki, Texas qubernatoru seçkilərində demokrat Gina Hinojosaya məğlub olan Qreq Abbott son altı ayda respublikaçı mövqeyindən uzaqlaşmasa, qalib gəlmək ehtimalı ola bilərdi . O, özünün seçkilərdə iştirak etməsi halında respublikaçıların böyük fərqlə qələbə qazanacağını iddia edib.
Bununla yanaşı, Tramp seçkilərin nəticələrini qəbul etdiyini və demokratlarla əməkdaşlığa hazır olduğunu bildirib. “The New York Times” qəzetinə müsahibəsində o, demokratlarla ortaq razılığa gələ biləcəklərini də qeyd edib.
“Fox News”a müsahibəsində nəticələrdən bir qədər təəccübləndiyini deyən Tramp respublikaçı namizədlərin daha yaxşı nəticə göstərəcəyini düşündüyünü bildirib. O, demokratların yaxşı mübarizə apardığını və ciddi səy göstərdiyini vurğulayıb.
Tramp, həmçinin demokratların təqdim edəcəyi bəzi qanun layihələrini “ağılsız” adlandıraraq onlara veto qoyacağını bildirib. Onun sözlərinə görə, bir neçə veto qərarından sonra demokratlar əməkdaşlıq yollarını müzakirə etmək üçün ona müraciət edə bilərlər.
Tramp Truth Social hesabında üzərində “VETO” yazılmış qırmızı papağın fotosunu paylaşaraq Konqresdə qanun layihələrinin qəbuluna mane olmaq səlahiyyətinə işarə edib.
BBC
Fidan Alışova