Trendyol Superliqasının 22-ci turu keçirilib
Trendyol Superliqasının 22-ci turunda "Qalatasaray" doğma meydanda "İstanbulspor"la qarşılaşıb. 54 xalı olan sarı-qırmızılılar Super Liqada evlərində keçirdiyi son 27 matçda məğlubiyyətsiz qalıb. "Qalatasaray" Super Liqada bu mövsüm heç bir xal itirməyən yeganə komandadır...
Superliqada keçirdiyi 21 matçda 17 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət olan sarı-qırmızılı komanda 54 xal toplayıb. Liqanın sonuncu pilləsində qərarlaşan "İstanbulspor" keçirdiyi görüşlərin 3-də qalib gəlib, 4-də heç-heçə edib, 14- də isə məğlub olub. Defolt olaraq məğlub sayılan və Trabzonspor matçında meydandan çəkildiyi üçün 3 xalı silinən sarı-qaralar 10 xalı var.
Mövsümün ilk yarısında iki komanda arasında oynanan matçı Qalatasaray 1-0 qazandı.
4 İTKİ VAR
Sarı-qırmızılı komandada zədələnən və eyni zamanda sarı vərəqədən cəzalı olan Abdülkerim Bardakcı, əməliyyatdan sonra müalicəsi davam edən Serxio Oliveyra, yarışan ölkələrinin milli komandalarında yer alan Hakim Ziyeç və Sedrik Bakambu Afrika Millətlər Kuboku, İstanbulspor matçı üçün heyətdə yoxdur
27 OYUNDUR MƏĞLUMUZ SAHƏDƏ
"Qalatasaray" Super Liqada evində keçirdiyi son 27 matçda məğlub olmayıb. Sarı- qırmızılılar ötən mövsüm ilk ev matçı olan "Giresunspor" matçında azarkeşləri önündə son liqa məğlubiyyətini alıb, sonrakı 27 matçda da uduzmayıb. Qalatasaray, söz mövzusu müddətdə Seyrantəpədə oynadığı liqa matçlarında 25 qələbə və 2 heç-heçə əldə edib.
"Qalatasaray" Super Liqada bu mövsüm evdə heç bir xal itirməyən yeganə komandadır. Bu mövsüm RAMS Parkda keçirdiyi 10 oyunun hamısında qalib gələn sarı-qırmızılı komanda azarkeşləri önündə heç bir xal itirməyib.
"Qalatasaray" bu mövsüm Super Liqanın ən yaxşı müdafiə komandası kimi seçilir. Superliqada 21 matçda 43 qol vuran sarı-qırmızılılar cəmi 12 qol buraxıb. Qarşılaşmalarının ilk yarısında qapısını təmiz saxlayan sarı-qırmızılılar liqada ən az qol buraxan komandadır.
Mənbə; Habertürk
Tərcümə; Sevinc Yarməmmədova
